Tarix : 2008 Sep 27
Kod 7596

BAKIDA QÜDS GÜNÜ AKSİYALARINDA İŞTİRAK EDƏNLƏRİN ƏL İZLƏRİ GÖTÜRÜLÜB

Polisin müdaxiləsi olmadan Nardaranda İsrail əleyhinə nümayiş keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Dünən ümumdünya Qüds günün ilə bağlı Azərbaycanın paytaxtı və rayonlarında etiraz nümayişləri keçirildi. Daha çox diqqət çəkən isə təbii ki, paytaxt Bakıda İsrail səfirliyinin də olduğu ehtimal olunan "Həyat Rejens" otelinin qabağında təşkil olunan iki aksiya oldu.

İlk aksiyanı Milli Mənəvi Dəyərlər İctimai Birliyi keçirtdi və belə demək olarsa qarşısına qoyduğu hədəfə nail olmuş oldu.

Baxmayaraq ki, onların aksiyası polis məmurları tərəfindən dağıdıldı və aksiya iştirakçılarından 13 nəfəri polis bölməsinə aparıldı.

Aksiya iştirakçılarından aldığımız məlumata görə polis bölməsində onların fotoşəkilləri çəkildikdən və əl izləri götürüldükdən sonra sərbəst buraxılıblar.

Polis bölməsində 4 saata yaxın bir müddətdə saxlanaılan aksiya iştirakçıları günortadan sonra sərbəst buraxılıblar. Eyni situasiya ilə AİP (Azərbaycan İslam Partiyası) da qarşılaşıb. Qeyd edək ki, AİP-in aksiya keçirtməsinə Polis qüvvələri tərəfindən imkan verilməyib. Növbəti belə aksiya paytaxtdan çox da uzaqda yerləşməyəb Naradaranda baş tutdu.

Polis əməkdaşlarının Sionist rejimin Bakıdakı səfirliyinin müqabilində ümumdünya Qüds günü həmrəyliyi nümayişinin keçirilməsinə maniəçilik törətməsinə baxmayaraq Nardaran qəsəbəsi sakinləri Qüds günü mərasimi keçiriblər.

Həmrəylik nümayişində iştirak edən Nardaran qəsəbəsi sakinləri dünən axşam çağı Amerikaya ölüm olsun, Sionist rejimə Ölüm olsun kimi şüarlar verərək Sionist rejimin Bakıdakı səfirliyinin bağlanmasını istəyiblər.

Yürüş iştirakçıları habelə Sionist rejim və ABŞ-ın bayraqlarını yandıraraq beynəlxalq təşkilatlardan Fələstində Sionist rejimin törətdiyi cinayətlərə son qoymalarını istəyiblər.
  • Yazılıb
  • da (də) 2008 Sep 27