Tarix : 2008 Sep 27
Kod 7597

Fələstin məsələsi İslam ictimaiyyətinin əsas məsələsidir

Ayət. Haşimi Rəfsəncani habelə BMT-nin məzlum Fələstin xalqı ilə bağlı mövqeyini pisləyib və deyib: Bu təşkilatın Fələstinin parçalanmasına dair qərarı cinayətkarcasına bir hərəkət olmuşdur
İİR servisi/Aran Agentliyi

Tehranın bu həftəki cümə namazının xitabətçisi, Fələstin məsələsini İslam və İslam ictimaiyyətinin əsas məsələsi adlandırıb. Ayətullah Əkbər Haşimi Rəfsəncani, sentyabrın 26-da yəni mübarək ramazan ayının son cüməsində İran xalqının ümumdünya Qüds günü həmrəylik nümayişində qəhrəmancasına iştirakından və məzlum Fələstin xalqına dəstək verməsindən məmnun qaldığını ifadə edərək Fələstin xalqının mübarizə mehvərini islami təlim və prinsiplərin mehvəri adlandıraraq təkidlə bildirib: İngiltərə kimi mənfur dövlətlər Fələstin xalqının başına açılan müsibətlərlə bağlı öz pis əməllərinə cavabdeh olmalıdır.
Ayət. Haşimi Rəfsəncani habelə BMT-nin məzlum Fələstin xalqı ilə bağlı mövqeyini pisləyib və deyib: Bu təşkilatın Fələstinin parçalanmasına dair qərarı cinayətkarcasına bir hərəkət olmuşdur.
Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının davamında, İraqda və Əfqanıstandakı işğalçıların iştirakını region xalqlarını incidən və fitnə -fəsadlara səbəb olan bir hərəkət adlandırıb. O habelə İraqın işğalı prosesinə və ABŞ-ın İraq hökuməti ilə təhlükəsizlik məsələlərinə dair müqavilə imzalamağa cəhd göstərməsinə işarə edərək deyib: Sözsüz ki, bu müqavilə İraq xalqının əleyhinə nəticələnəcək və bu ölkə xalqı ayıq-sayıqlıqla ,alimlərin səyi və köməyi ilə bu cür bir nəhs hadisənin baş verməsinə imkan verməyəcək.
Tehranın bu həfəki cümə namazının xitabətçisi sonra da, Əfqanıstandakı işğalçı qüvvələrin iştirakını İraqla müqayisədə daha ağır hesab edərək deyib: Əfsuslar olsun ki, onun səviyyəsi Pakistanın şimalınadək vüsət alıb.
Ayət. Haşimi Rəfsəncani çıxışının digər hissəsində, MAQATE rəhbəri Məhəmməd əl-Bəradeinin İranın nüvə məsələsi ilə əlaqədar son hesabatına işarə edərək deyib: Bu hesabatda  raket məsələsinin nüvə məsələsi ilə əlaqədar qeyd edilməsi ədalətsizlikdir və İranda raketin düzəldilməsi İraqın sabiq BƏS rejiminin İrana qəbul etdirdiyi müharibənin axırlarına aiddir ki ,ondan ölkəni müdafiə istiqamətində istifadə edilirdi.

  • Yazılıb
  • da (də) 2008 Sep 27