Tarix : 2008 Sep 27
Kod 7598

AİP BƏZİ KİV-lərin YAYDIĞI XƏBƏRLƏRİ YALANLADI

Xeyr bu aksiyada İslam partiyasının adını çəkmək və ya ona bağlamaq səhv bir işdir
Azərbaycan servisi/Aran Agentliyi
APA-nın "İslam partiyasının dünən aksiya keçirməsi" ilə bağlı xəbərləri Azərbaycan İslam Partiyası tərəfindən yalanlandı.

İsam-Azeri müxbiri partiyanın sədri Hacı Möhsin Səmədov ilə əlaqə saxlayıb bu barədə onun fikrini öyrənib.

Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədov: "Xeyr bu aksiyada İslam partiyasının adını çəkmək və ya ona bağlamaq səhv bir işdir. Bu etiraz aksiyalarını keçirmək çox gözəl bir işdir amma bizim siyasi partiyanın adına bağlamaq düz deyil".

Diqqətinizə çatdıraq ki, dünən Milli mənəvi dəyərlər ictmai birliyinin bir qrup fəalı İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdi.
  • Yazılıb
  • da (də) 2008 Sep 27