Tarix : 2008 Sep 27
Kod 7602

RUSİYA NÜVƏ SİSTEMİNİ YENİLƏYİR

Rusiya Dövlət Başçısı Dimitri Medvedev, 2020-ci ilə qədər raket əleyhinə yeni nüvə sistemini qurmağı planlaşdırdıqlarını söyləyib
Rusiya servisi/Aran Agentliyi

Rusiya dövlət başçısı Dimitri Medvedev, 2020-ci ilə qədər nüvə hədəfi yayındıran sistemi qurmağı planlaşdırdıqlarını söyləyib. Hərbi komandirlərlə bir araya gələn Medvedev, yeni nüvə dənizaltı, hava və kosmos sənaye sistemini qurmaq üçün bir proqram hazırlanması tələbini irəli sürüb.

Qeyd edək ki, Rusiya prezidenti Medvedevin şərhi, Rusiyanın Amerikanı müdafiə sahəsində yeni silah yarışına girməkdə günahlandırmasından təxminən bir neçə həftə sonra gəlməsi diqqət çəkib

Xatırladaq ki, Rusiyanın bu şərhinə Amerikadan dərhal reaksiya gəlib. Rusiyanın bu cəhdlərinin güc tarazlıqlarını pozmayacağını ifadə edən ABŞ dövlət kaitibi Kondaliza Rice, nüvə əleyhinə raket sistemininbu cür addımlarla tarazlığın dəyişməyəcəyini ifadə edib.

  • Yazılıb
  • da (də) 2008 Sep 27