Beynəlxalq imperializm ABŞ ilə Sionist rejimin varlığını məntiqli göstərmək üçün böyük şantajlara başlayıb və hələdə bu iki rejimin müqəddəs olmasına inanır
İİR servisi/Aran Agentliyi
Mahmud Əhmədinejad deyib: Müasir dövrdə zəmanənin bütləri dağılmaq və məhv olmaqdadır və İran xalqının yolu beynəlxalq tələblər üçün əlverişli bir alternativdir. İRNA xəbər verir: İİR-nin prezidenti Mahmud Əhmədinejad cümə günü axşamçağı Nyu-York səfərini başa vurduqdan və BMT-nin Baş Assambleyasında iştirak etdikdən sonra Tehrana daxil olarkən jurnalistlərə verdiyi açıqlamada, dünyanın böyük dəyişikliklər ərəfəsində olmasına işarə edərək deyib: Beynəlxalq imperializm ABŞ ilə Sionist rejimin varlığını məntiqli göstərmək üçün böyük şantajlara başlayıb və hələdə bu iki rejimin müqəddəs olmasına inanır.
Əhmədinejadın sözlərinə görə, hazırda Amerikanın özündə belə bu məsələnin tərəfdarı yoxdur və tamamilə yeni bütlər cumublar.
Cənab Əhmədinejad jurnalistlərə verdiyi açıqlamasının digər hissəsində, hegemonçuluq və silah dövrünün başa çatmasına toxunaraq deyib: Dünya səviyyəsində dövlətlər və xalqların əksəriyyəti zorakılığa etiraz edirlər.
İran prezidenti habelə bu müsahibədə BMT-yə səfər təəssüratı ilə bağlı bir məlumat təqdim edərək deyib: Bu səfər çərçivəsində paklıq və sədaqətin tərəfdarı olan müxtəlif dinlərin rəhbərləri ilə görüşlərim baş tutdu. Habelə Amerikanın hər nöqtəsindən öz müəllimləri və şəxsi xərcləri ilə mənim qaldığım yerə təşrif buyurmuş tələbələrlə danışıqlar apardıq ki, bu da diqqət mərkəzində oldu və səmimi qarşılandı.