kənd sakinləri keçmiş səfir Eskuderonun ailəsinin Səfixanlı məntəqəsində 30 hektar ərazini qəsb etməsinə etirazlarını bildiriblər
Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nın Nardaran kəndinin yüzlərlə sa- kini ABŞ-ın Bakıdakı keçmiş səfiri Stenli Eskudero tərəfindən torpaqlarının qəsb edilməsi əleyhinə etiraz nümayişi keçirib. APA-nın məlumatına əsasən kənd sakinləri keçmiş səfir Eskuderonun ailəsinin Səfixanlı məntəqəsində 30 hektar ərazini qəsb etməsinə etirazlarını bildiriblər .
Qəsb olunmuş torpaqların sahibləri adından danışan Rasim Əlizadə müxbirimizə deyib ki, sahibləri uzun illər bu torpaqlarda əkinçilik işi ilə məşğul olublar.
Onun sözlərinə görə, aidiyyəti orqanlar sentyabrın 28-dək Nardaran sakinlərinin tələblərini yerinə yetirməsələr, kənd əhalisi oktyabrın 2-dən başlayaraq Bakıda Amerika səfirliyi qarşısında izdihamlı mitinq təşkil edəcək.