Elmar Məmmədyarov və Edvard Nəlbəndiyan sentyabrın 27-də ATƏT Minsk qrupu həmsədrlərinin də qatıldıqları görüşdə Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar
Azərbaycan servisi/Aran Agentliyi
Az. R. və Ermənistanın xarici işlər nazirləri Qarabağ münaqişəsinin nizamlanması yollarını Nyu-Yorkda müzakirə ediblər. ANS televiziyasının məlumatına əsasən , Elmar Məmmədyarov və Edvard Nəlbəndiyan sentyabrın 27-də ATƏT Minsk qrupu həmsədrlərinin də qatıldıqları görüşdə Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Görüş BMT Baş Assambleyasının 63-cü illik sessiyası çərçivəsində baş tutub.
Tərəflər Cənubi Qafqazda yaşayan olaylar kontekstində Qarabağ sülh danışıqlarının sürətləndirilməsini vacib sayıblar.