Amerikalı siyasətçilərin şantajlarına rəğmən İranın nüvə fəaliyyətləri sülhməramlıdır və qərblilər siyasi motivlər əsasında bu fəaliyyətləri əngəlləmək istəyirlər
İİR servisi/Aran Agentliyi
İran İŞM-nin sədri bəyan edib ki, İranın nüvə fəaliyyətləri sülhməramlıdır. İran İŞM-nin sədri bəyan edib ki, Amerikalı siyasətçilərin şantajlarına rəğmən İranın nüvə fəaliyyətləri sülhməramlıdır və qərblilər siyasi motivlər əsasında bu fəaliyyətləri əngəlləmək istəyirlər.
Parlamentin açıq iclasında çıxış edən Əli Laricaninin sözlərinə görə, beynəlxalq nüvə energetikası agentliyinin rəftarı və 5+1 qrupunun İran əleyhinə məntiqdən uzaq qətnamə çıxarması hamıya sübut elədi ki , İranın nüvə məsələsində onlar səmimi deyillər və qərəzli addımlarının heç bir hüquqi mahiyyəti yoxdur .
Laricani qeyd edib ki, ötən həftələrdə İranın nümayəndə heyətlərilə görüşlərində onlar əsasən növbəti müzakirələr üçün zaman cədvəlinin hazırlanmasından danışırdılar və yeni qətnamə onların sədaqətsizliyini nümayiş etdirdi.
Parlament sədrinin bildirdiyinə görə , bu cür davranışlar müzakirələrin əhəmiyyətini heçə endirir. Bu səbəbdən bəlkə də onların siyasi oyunlarına möhkəm cavab verməyin vaxtı gəlib çatıbdır.