İİR servisi/Aran Agentliyi
İİR-nin XİN-nin mətbuat katibi bəyan edib ki, BMT-nin TŞ-nin 4-cü qətnaməsi İranın nüvə məsələsi ilə bağlı hüquqlarının reallaşmasına təsir etməyəcəkdir. Həsən Qəşqavi bazar ertəsi günü yerli və xarici jurnalistlərin qarşısında BMT-nin TŞ-nin İranın nüvə işi ilə ağlı 1835 saylı qətnaməsinə işarə edərək deyib: Bu qətnamə qeyri-qanuni, qəbul olunmaz və tamamı ilə əsassızdır.
İranın nüvə fəaliyyətləri dünya sülhü üçün təhlükə deyil və bu fəaliyyətləri davam etdirmək İranın qanuni haqqıdır.
İranın XİN-nin mətbuat katibi öz həftəlik mətbuat konfransının davamında İranın Qafqaz diplomatiyasının nə üçün Rusiyanın BMT təhlükəsizlik Şurasında İranın nüvə işi ilə bağlı qərarında təsirli olmaması sualını belə cavablandırıb: Qafqaz həssas regiondur və orada sülh və təhlükəsizlik təmin olunmalıdır . Bu üzdən bu məsələ ilə bağlı İranın baxışı regional bir baxış olub və elə buna görə də region ölkələr ilə danışıqlar aparıb və bu məsələnin İranın nüvə işi ilə heç bir əlaqəsi yoxdur.
Qəşqavi BMT-nin TŞ-nın 1835 saylı qətnaməsinin İranın 5+1 qrupu ilə müzakirələrində təsirə malik olub-olmayacağı haqdakı sualın isə cavabında deyib: İranın MTAŞ-nın katibi Səid Cəlili ilə Avropa Birliyinin Xarici Siyasət üzər Koordinatoru və Xaviyer Solana arasındakı danışıqlar konstruktiv bir atmosferdə davam edirdi və İran anlaşılmazlıqları aradan qaldırmağa çalışırdı. Buna görə də onları İran xalqının etimadını qazanmaq üçün səylər göstərməli və cavabde olmalıdırlar.
İranın XİN-nin mətbuat katibi iddia olunan araşdırmalar haqda deyib: İran modalitə layihəsi çərçivəsində yerdə qalmış altı məsələyə aydınlıq gətirmək üçün 200 səhifəlik bir izahat təqdim edib.
Uranın zənginləşdirilməsinin İranın qanuni haqqı olduğunu xatırladan Qəşqavi qeyd edib ki, İran öz qanuni haqqının reallaşması üçün tam ciddiyyətlə səyə göstərəcək və bu yolda diplomatiyanı davam etdirəcək.
İİR-nin XİN-nin sözçüsü siyasətin nisbi bir şey olmasına toxunaraq deyib: İran Qafqaz diplomatiyasını davam etdirəcək.
Qəşqavi Bağdad-Vaşinqton təhlükəsizlik müqaviləsinə də münasibət bildirib: Onun sözlərinə görə siyasi fəalları azadlıq üzündən bu müqaviləyə qarşı çıxıblar və inanırlar ki, bu müqavilə ölkələrinin müstəqilliyini təhlükə altında qoyur. Bu arada İran da İraqın nöqtei nəzərəinə hörmətlə yanaşır.