Tarix : 2008 Sep 29
Kod 7646

RAMAZANDA GÜNORTALARI İŞLƏMƏYƏN RESTORAN

.
Azərbaycan servisi/Aran Agentliyi
Dünyada bir çox yeməkxanalar və restaranlar fəaliyyət göstərir. Onlardan İslam qaydalarına əməl edənlər isə elədə çox deyil. Müsəlman ölkələrində bu qayda qanuna qismən də olsa bizim ölkəmizdə təəsüflər olsunki, belə restoran və yeməkxanaların sayı çox azdır. Bu restoran və yeməkxanaların bəziləri halal yeməklər versədə mübarək Ramazan ayında günortalarda işləyirlər. Bu restoranlardan çox az bir qismi vardırki, onlar iftardan sonra işləyir. Bu cür restoranlardan belə demək olarsa ilk fəaliyyət göstərəni Böyük Fırat restoranıdır.

Buna görə İslam-Azerinin xüsusi müxbiri Böyük Fırat şirkətinin rəhbəri Türkiyəli iş adamı Hüseyn Böyükfıratdan müsahibə alıb.

1-Hüseyn Böyükfırata ilk sualımız belə oldu: Hüseyn bəy bizdə olan məlumatlara görə, siz 12 ildir mübarək Ramazan ayında günorta vaxtlarında restoranlarınızı bağlayırsız. Bu addıma sizi vadar edən nədir?
-"Peyğəmbər (s) buyurur: Axır əz Zəmanda sünnətə etina edilməyəcək. Sünnəti 1 cür əhjya edənə çox böyük savablar vəd edilir. Buna görədə biz tam əqidə üzündən bu cür işləməyi üstün sayırıq." Mən Urfalıyam. Mübarək Ramazan ayında Urfada çox nadir hallarda açıq restoran, kafe tapardıq.

2-Bizdə olan məlumatlara görə siz xeyriyyə işləridə görürsünüz, bu haqda nə deyə bilərdiniz?
-Yaxşı əməllərin gizli saxlamağın savabı daha çoxdur. Lakin mən bunları deyə bilərəm. Bizim iş yerlərində işləyənlər günortanı işləmirlər lakin biz bu ayın mübarəkliyinə görə onların maaşlarını tam olaraq ödəyirik. Bundan başqa onların yeməkliklərinidə bu aydan sonra veririk. Fəqir-füqərayada bütün aylarda çalışırıq.

3-Bizdə olan məlumata görə sizin kimi 1 neçə lahmacun işlədənlərdə mübarək Ramazan ayında günorta vaxtı işləməmk qərarını vermiş lakin 5-6 gün sonra kafeni açmışlar. Bu haqda nə deyə bilərsiz?
-Bəli 1-2 tacir bizim kimi addım atmaq istədilər,lakin hər kəsdə nəfs var və deyirkli gündəlik müəyyən miqdarda pul itirirsə bu şəxslərdə pulu itirməməkdən ötrü günorta vaxtı yenidən işləməyə başlamışlar-deyərdim.

4-Böyük Fıratın gələcək planları haqqında nə deyə bilərsiz?
-Lahmacunu Azərbaycana (şükürlər olsunki) gətirən bizik və bu cür lahmacun yerlər çoxdur. Lakin Bakıda yeni Böyük Fırat restoranları açmaqla yanaşı Gəncədə, Lənəranda və digər şəhərlərdə öz filiallarımızı açmaq istəyirik.

5-Böyük Fıratın mənası nədir?
-Böyük Fırat mənim doğulduğum kəndin adıdır. Bizim kənd Fırat çayının sahillərində yerləşir. Bu çay bizə o dərəcədə əzizdir ki, bizim uşaqlığımız burada keçmişdir.

6-Siz digər həmkarlarınıza nə məsləhət verərdiniz?
-Mən həmkarım olan qardaşlara ədalətli olmağı halal-harama diqqət etməyi arzu edirəm. Onlardan həmçinin hiylə etməkdən uzaq olmağı Allahdan diləyirəm. Bəziləri varki donmuş ətlərdən istifadə edirki, bunlarında halal olması məlum deyil. Təsəvvür edin əgər mən donmuş ətlərdən istifadə etsəm aya 30-40 min dollar əlavə xeyir götürərəm. Ancaq şükürlər olsunki Allah məni bu cür işlərdən uzaq edib.
  • Yazılıb
  • da (də) 2008 Sep 29