Sionist Rejimlə yaxınlıq Az. R-nın İslam ölkələri yanındakı mövqeyini itirilməsinə və onun ərazi bütövlüyünün həqiqi himayəçilərindən uzaqlaşmasında gətirib çıxaracaq
Azərbaycan servisi/Aran Agentliyi
Sionist Rejimlə əlaqələri genişləndirmək heç bir zaman Az. R-nın başucalığına səbəb olmayacaq
Az. R-nın Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev beynəlxalq SƏHƏR telekanalının azəri Kompas verilişi ilə telefon bağlantısında həmin məsələyə təkid etməklə yanaşı bu respublika ilə İsrail arasında silah alışı ilə bağlı müqavilənin imzalanmasını kəskin şəkildə pisləyib.
Quliyev deyib: İşğal altında olan Qarabağın geri alınmasında istifadəsinə icazə verilməyəcək bir silahın alınması üçün Sionist Rejimlə imzalanan müqavilənin xalqın malını və sərvətini boş yerə xərcləməkdən başqa Az. R. xalqı və dövləti üçün heç bir faydası olmayacaq.
Az. R. Ziyalılar Hərəkatının sədri habelə xəbərdarlıq edib ki, Sionist Rejimlə yaxınlıq Az. R-nın İslam ölkələri yanındakı mövqeyini itirilməsinə və onun ərazi bütövlüyünün həqiqi himayəçilərindən uzaqlaşmasında gətirib çıxaracaq.
Qeyd etmək lazımdır ki, son zamanlar Az. R. və İsrail arasında 120 milyon dollarlıq silahı müqaviləsi imzalanıb.
Az. R-nın Qərbdən asılı mətbuatı ümumdünya Qüds günü dünya müsəlmanlarının Sionist Rejimin cinayətlərinə öz nifrətini bildirməsi ilə eyni vaxtda Az. R. ilə İsrail arasında imzalanmış bu müqaviləni İİR-na qarşı hərbi alyansı kimi qələmə veriblər.