Gənc nəsil maddi və mənəvi baxımdan inkişaf etmiş islami bir cəmiyyətə nail olmaq üçün gələcəyə ümid , düzgün və dəqiq proqramlaşdırmalar əsasında yorulmadan çalışmalıdır
Azərbaycan servisi/Aran Agentliyi
Böyük Rəhbər: Gənc nəsil ədalət və inkişaf yolunda səylər göstərməlidir
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-üzma Xamenei inqilabın dördüncü 10 illiyində ədalət və inkişafa nail olmaq yolunda şövqlü və məntiqli səylərin göstərilməsini gənc nəsilin ən mühüm vəzifəsi adlandırıblar.
Hz. Ayətullah əl-Üzma Xameni bazar günün universitet tələbələri ilə görüşdə buyurublar: Gənc nəsil maddi və mənəvi baxımdan inkişaf etmiş islami bir cəmiyyətə nail olmaq üçün gələcəyə ümid , düzgün və dəqiq proqramlaşdırmalar əsasında yorulmadan çalışmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri islami quruluşun nəzərdə tutduğu inkişafı açıqlayaraq deyiblər: Bu inkişaf həm maddi , həm də mənəvi cəhətə malik olmalıdır.
Hz. Ayətullah əl-Üzma Xamenei inkişaf yolunda düz yoldan yayınmamağı da vacib sayıblar .O həzrətin sözlərinə görə , Bu yanlış yollardan biri İslam İnqilabından öncə olan yoldur ki, qərbi təqlid etmək inkişaf hesab olunurdu .
O həzrət qeyd ediblər ki , yanlış yollardan biri də islami İranın mentalitetini inkar etməyən ,ancaq gələcəyə ümidsiz baxan və ölkənin inkişafından məyus olan bir təfəkkürdür.
İslam İnqilabının Böyük Rəhbəri bu təfəkkürün bəzi şəxslər tərəfindən yayılmasına işarə edərək söyləyiblər: Təəssüflər olsun ki, bu təfəkkür reallıq adlandırılır . Bunun da mənası müsəlman bir xalqın qərbi təqlid etməyə məhkum olması deməkdir.
Həzrət Ayətullah əl-Üzma Xamenei sözlərinin davamında deyiblər: Bu yanlış təfəkkür bəşəriyyətin uzun müddətli təcrübələri ilə ziddiyyətlidir. Çünki pərvərdigar heç bir zaman bir qrup insanı inkişaf sahibi olan insanlar kimi yaratmayıb.
O həzrət İranın son illərdə əldə etdiyi elmi nailiyyətlərdən də söz açıblar ." Bu yanlış təfəkkür hazırkı elmi nailiyyətləri ilkin mərhələdə faydasız hesab etmişdi. Amma İranın iradəli və müsəlman gəncləri öz yorulmaz elmi səyləri ilə hazırda bir sıra sahələrdə hətta dünyada birinci yerdə dururlar."- deyə , Böyük Rəhbər sözlərini yekunlaşdırmışlar.