Tarix : 2008 Sep 29
Kod 7665

Sionistlərdən yeni bir həyasızlıq

Artur Lenk Exo və 525-ci qəzetlərdə çap olunmuş mənfi sözlərlə dolu məqaləsində sionistlərin İİR və doktor Mahmud Əhmədinejada qarşı yalanları təkrarlayaraq onun əleyhinə yalan sözlər yazıb
Azərbaycan servisi/Aran Agentliyi

Sionist Rejimin Bakıdakı səfiri İİR prezidentinin məntiqli sözlərini həyasızlıqla ört-basdır etməyə çalışıb. İİR prezidenti doktor Mahmud Əhmədinejadın BMT Baş Məclisində Sionist Rejimin qanunsuz və cinayətkar mahiyyəti barəsindəki ifşaedici çıxışının ardınca bu rejimin Bakıdakı səfiri Artur Lenk hər cür məntiqli cavabdan aciz qalıb Bakı qəzetlərində bir məqalə yayaraq İİR və doktor Əhmədinejad əleyhinə biabırçı ifadələr işlədib.
Artur Lenk Exo və 525-ci qəzetlərdə çap olunmuş mənfi sözlərlə dolu məqaləsində sionistlərin İİR və doktor Mahmud Əhmədinejada qarşı yalanları təkrarlayaraq onun əleyhinə yalan sözlər yazıb.
Doktor Əhmədinejadın Sionist Rejimin və hegemonçu siyasətləri barədəki açıqlamaları və onun bu rejimin bəzi ölkələrin işlərinə qarışmasını pisləməsi digər sionistlər kimi Artur Lenki də əsəbiləşdirib və o doktor Əhmədinejada hörmətsizlik edərək İran prezidentinin sözlərini faşistcəsinə sözlər adlandırıb.
Lenk habelə bu məqalədə çalışıb ki, Az. R. ilə İran arasında təfriqə salsın və İran azərilərini guya hüquqları pozulan bir azlıq adlandırıb.
Sionist Rejimin Bakıdakı səfirinin bu sözləri sionistlərin Bakıda millətçi ünsürləri anti-İran təbliğatı aparmaq üçün təhrik edən əsas amil olduqlarını aşkar şəkildə üzə çıxarıbdır. Hələ məlum deyildir ki, Exo və 525-ci qəzetləri hansı hədəflə cinayətkar Sionist Rejimin Bakıdakı səfirini təfriqə salmaq və hörmətsizlik etmək üzrə məqaləsini çap ediblər.

  • Yazılıb
  • da (də) 2008 Sep 29