Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko jurnalistlərə müsahibəsində deyib ki, Tiflisdə Rusiyanın yalnız texniki heyəti qalır
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın Gürcüstandakı səfirliyinin 30-dək əməkdaşı Tiflisdən Moskvaya yola salınıb.Bundan sonra Tiflisdə yalnız konsulluq fəaliyyət göstərəcək. Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko jurnalistlərə müsahibəsində deyib ki, Tiflisdə Rusiyanın yalnız texniki heyəti qalır. Səfirlik binası Rusiyanın mülkiyyətinə daxil olduğu üçün texniki heyəti binanın vəziyyətini nəzarətdə saxlayacaq. Kovalenko Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin nə vaxt bərpa olunması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Qeyd edək ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Gürcüstan rəsmi Moskva ilə bütün diplomatik münasibətləri kəsməyə qərara alıb.