Ermənistan prezidenti Tehranın regionda sabitliyin yaradılması sahəsindəki rolunu önəmli adlandırıb
Ermənistan servisi/Aran Agentliyi
Ermənistan prezidenti Tehranın regionda sabitliyin yaradılması sahəsindəki rolunu önəmli adlandırıb. Serj Sarkisyan bu gün Tbilisidə Gürcüstan dövlət universitetinin fəxri doktoru adını alma mərasimində etdiyi çıxışında, ölkəsinin İranla əlaqələrinə toxunaraq, İranı Ermənistanın etimadlı şəriki adlandırıb və Tehranın Ermənistanın enerjisinin təmini və əlaqə yollarında çeşidlilik yaratmaq sahəsindəki xüsusi rolunu vurğulayıb.
Ermənistan prezidenti eyni zamanda son Qafqaz dəyişikliklərində İranın mövqeyini müvazinətli və regionda sabitlik və təhlükəsizliyin bərpasına yardım istiqamətində dəyərləndirib.
Ermənistan prezidenti habelə söyləyib: Gürcüstana səfər çərçivəsində və Tbilisi rəsmiləri, o sıradan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşlərdə, onlarla ikitərəfli əlaqələr və Gürcüstanda yaşayan ermənilərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb və münasib razılaşmalar əldə olunub.
Qeyd edək ki, Qafqazda sabitlik və təhlükəsizliyin qorunması məqsədi ilə İİR "3+2" layihəsini irəli sürüb.
Bakı mediaları Türkiyənin layihəsini ABŞ-ın istəkləri istiqamətində olan layihə adlandırıblar.