İran qərbin sanksiyası nəticəsində böyük xəsarətlərə məruz qalıb və bu üzdən agentlikdən kompensasiya tələb etmək əzmindədir
İİR servisi/Aran Agentliyi
İİR-nin MAQATE-dəki nümayəndəsi deyib : ABŞ və onun qərbli müttəfiqləri bu orqandan İrana qarşı bir vasitə kimi istifadə edirlər. Press TV-nin məlumatına əsasən, Əliəsğər Soltaniyyə artırıb: İran qərbin sanksiyası nəticəsində böyük xəsarətlərə məruz qalıb və bu üzdən agentlikdən kompensasiya tələb etmək əzmindədir.
Soltaniyyə BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı barədəki son qətnaməsinə toxunaraq deyib: İrana qarşı hər cür qətnamə, sanksiya və cəza tədbiri, mənfi nəticələr verəcək və İranla qərb arasındakı nüvə münaqişələrində müsbət nəticələr verməyəcək.
MAQATE dəfələrlə öz hesabatlarında etiraf edib ki, indiyədək qərbin İrana qarşı iddialarını təsdiqləyəcək, heç bir fakt əldə etməyib.