akıdakı iranlıların Əhli-beyt (ə) hüseyniyəsi və Nardarandakı Rəhimə xanım(ə) ziyarətgahı namaz qılanlarla dolu olub
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-sının müsəlman xalqı Fitr, ilahi fitrətə qayıdış və insanın şeytanlardan nicatı bayramını qeyd edib. Azərbaycan R-sının mömin və müsəlman xalqı bu ölkənin hər yerində, xüsusən Bakı şəhərində bir ay oruc tutduqdan sonra bu gün səhər məscid, hüseyniyə və müqəddəs məkanlarda olaraq, Fitr bayramı namazını əzəmətli şəkildə qılıb.
Bakıdakı iranlıların Əhli-beyt (ə) hüseyniyəsi və Nardarandakı Rəhimə xanım(ə) ziyarətgahı namaz qılanlarla dolu olub.
Fitr bayramı namazında iştirak edənlər, xüsusən gənclər və yeniyetmələr özünəməxsus mənəvi əhval-ruhiyyəyə malik idilər.
Bir qrup mömin əhali də ehsan paylamaqla məşğul idi.
Bir neçə mərasim iştirakçısı deyib ki, öz dualarında müsəlmanların birliyi və həmrəyliyi, müsəlmanların işğal olunmuş ölkələrinin qəsbkarların əlindən qurtarması, İmam Zaman (əc)-ın zühurunun sürətlənməsi və islam düşmənlərinin fitnələrinin uğursuz qalmasını Allah-taalanın dərgahından istəyib.
Səadətli Fitr bayramı münasibəti ilə Azərbaycan Respublikasında 4 gün tətil elan olunub.