Sionist rejim işğalçılıq mahiyyətinə görə, mövcudluğunun əvvəlindən böhran mənbəyi olub və bu rejim olduğu hər bir məntəqə və ölkəini böhranla üzləşdirib
Azərbaycan servisi/Aran Agentliyi
Yədullah Cəvani, Sionist rejimin Qafqaz ölkələri ilə hərbi müqavilə bağlaması bu məntəqənin təhlükəsizliyi və sabitliyi üçün təhlükəli adlandırıb. İran İslam İnqilabı Pasdarlar Korpusunun Siyasi idarəsinin rəisi Yədullah Cəvani dünən gecə Səhər beynəlxalq kanalının Azəri televiziyasının canlı Kompas verilişində vurğulayıb: Sionist rejim işğalçılıq mahiyyətinə görə, mövcudluğunun əvvəlindən böhran mənbəyi olub və bu rejim olduğu hər bir məntəqə və ölkəini böhranla üzləşdirib.
İslam İnqilabı Pasdarlar Korpusunun Siyasi idarəsinin sədri deyib ki, qərb xüsusən ABŞ tərəfindən hərtərəfli şəkildə dəstəklənsə də Sionist rejim hazırda kəskin mövcudluq böhranı ilə üzləşib və özünü tam süqut uçurumunda görür. O artırıb: Heç bir ağıllı siyasətçi süqut halında olan bir mövcud ilə yaxın əlaqə və bağlılıq yolunu seçməz.
Yədullah Cəvani vurğulayıb: Sionist rejim dağılmaqdadır və bu rejimin Livanla 33 günlük müharibəsinin nəticəsi də bu məsələni sübuta yetirib və bu üzdən həmin rejim öz süqutunun qarşısını almaq üçün bəzi dövlətlərlə müqavilələr bağlamaqdadır. Bu dövlətlərlə əlaqələrini dərinləşdirib, strateji göstərmək niyyətindədir. Lakin bu kimi müqavilələr Sionist rejimə kömək etməyəcək və ola bilər ki, bu rejim müqavilə tərəflərini xətərlə üzləşdirsin.
Yədullah Cəvani artırıb: İşğalçı Sionist rejim saxta və tarixi keçmişsizdir. Halbuki Azərbaycan Respublikası dövləti tarixi məsələlər bir yana qalsın, hazırda müstəqil bir dövlət olub, hakimiyyətə malikdir və bu müsəlman ölkə üçün, mövcudluğu müsəlmanlar tərəfindən qəbul olunmayan qanunsuz Sionist rejimlə əlaqə, yaraşmaz bir iş olub, məsləhətə uyğun deyil.
Cəvani sonra deyib: Sionist rejim istər Yaxın Şərqdən, istərsə də Qafqazdan İran İslam Respublikasını xətərlə üzləşdirə bilməz. Çünki İİR öz müdafiə strukturunu xalqın imanı və möhkəm əsaslar üzərində qurub.
O artırıb: Səddamın bəs rejiminin İran əleyhinə olan müharibəsi zamanı 40 ölkə İranla müharibədə Səddam rejimin dəstləklədi. Qərb ölkələri Amerika və sabiq SSRİ Səddamın bütün ehtiyaclarını, ərəb ölkələri də onun maliyyə, hərbi və insani ehtiyac və ləvazimatlarını təmin edirdilər. Lakin nəticə etibarı ilə Səddam rejimi İran xalqı qarşısında məğlubiyyətə uğradı və hazırda tarixin zibilliklərinə tullanıb.
Cəvani daha sonra söyləyib: İran İslam İnqilabının baş verməsi ilə Yaxın Şərqdə strateji müvazinət aşkar şəkildə Sionist rejimin zərərinə dəyişdi və hazırda illər keçəndən sonra bu proses davam edir və Sionist rejim süqut uçurumuna çatıb.