Dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin imaməti ilə Tehranın İmam Xomeyni (rə) adına müsəllasında Fitr bayramı namazı qılınıb
İİR servisi/Aran Agentliyi
Dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin imaməti ilə Tehranın İmam Xomeyni (rə) adına müsəllasında Fitr bayramı namazı qılınıb.
Çoxlu sayda Tehranlı dindar bu gün səhər tezdən Fitr bayramı namazını qılmaq məqsədi ilə Tehran müsəllasına toplaşaraq, bütün ölkədə və digər ölkələrdəki müsəlmanlarla bir vaxtda Ramazan ayının ibadətlərinə görə şükür etmək üçün Fitr namazı qılıb ,müsəlmanlar və əhli-beyt (ə)-ın haqqında dua edib.
Namazdan sonra İslam İnqilabının Böyük Rəhbəri səadətli Fitr bayramı münasibəti ilə namaz qılanları İranın mömin xalqını və bütün dünya müsəlmanlarını təbrik etdilər.
İslam İnqilabının Böyük Rəhbəri Fitr bayramı münasibəti ilə İran xalqını və bütün dünyadakı böyük islam ümmətini təbrik edərək, xalq kütlələrini ilahi pəhrizə çağırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei bu gün Tehranda Fitr bayramı namazı xütbələrində İİR banisi İmam Xomeyni (rə)-ın xatirəsini yad edərək, Ümumdünya Qüds gününü islam dünyasının əsil birliyinin təzahürü adlandırıb və belə əlavə ediblər: Bu il islam dünyasının şərqindən qərbinədək və hətta Avropada müsəlmanlar imkan tapdıqları yerlərdə məzlum Fələstin xalqını dəstəklədiklərini fəryad ediliblər.
İslam İnqilabının Böyük Rəhbəri Ümumdünya Qüds gününü Fələstini işğal edənlərlə onun himayəçilərinin Fələstinin adı və xatirəsini məhv etmək üzrə 60 illik səylərinin uğursuz qalması nişanəsi adlandıraraq, belə qeyd ediblər: İslami oyanış nəticəsində islam dünyası bu gün Fələstin məsələsi qarşısında daima həssas və daima stimulludur. Belə ki, əgər bu oyanış Fələstin işğal edilərkən olsaydı, bu ölkə heç zaman sionistlərin işğalı altına düşməzdi.
Həzrət Ayətullah-əl-üzma Xamenei bəzi sionistlərin İsrail rejiminin günbəgün zəifləməsini etiraf etmələrinə işarə edərək, sionistlərin məğlubiyyəti və məhvini qəti bir məsələ adlandıraraq, ümidvarlıq ediblər ki, Allah-taalanın köməkliyi ilə Fələstin xalqının indiki nəsli bu böyük günün şahidi olacaq.
İslam İnqilabının Böyük Rəhbəri islam dünyası birliyinin qorunmasını, islam düşmənlərinin hərtərəfli hücumları ilə yeganə mübarizə yolu adlandıraraq, islam dünyasında xalqlar, xüsusən istedadlar, ziyalılar, din alimləri və görkəmli siyasi xadimlərin ağır məsuliyyətlərinə toxunub və belə qeyd ediblər: Düşmənlər böyük islami oyanışın hərəkəti qarşısında zəiflik hiss edərək, "Ərəb və Əcəm" və "Şiə və Sünni" kimi adlar altında psixoloji müharibələr və siyasi hücumlar həyata keçirərək, yalanla təfriqə salmaq istəyirlər.
Lakin İİR və İran xalqı özünün bütün inkişaf və nailiyyətlərini, bütün islam ümmətinə aid bilir və bütün hallarda islam dünyasının birliyini vurğulayırlar.