Tarix : 2008 Oct 01
Kod 7693

İslam İnqilabının Böyük Rəhbəri: müsəlmanların gələcəyi parlaqdır

İslami ümmətin sayıqlığı nəticəsində müsəlmanlar üçün gələcəyin üfüqü, hər zamankından daha parlaqdır və islam düşmənləri ilə dünyapərəstlər öz zəiflik və məğlubiyyətlərini etiraf edirlər
İİR servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İslami ümmətin sayıqlığı nəticəsində müsəlmanlar üçün gələcəyin üfüqü, hər zamankından daha parlaqdır və islam düşmənləri ilə dünyapərəstlər öz zəiflik və məğlubiyyətlərini etiraf edirlər. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei Tehranda səadətli Fitr bayramı münasibəti ilə İİR quruluşunun bir qrup rəsmisi və müxtəlif xalq təbəqələri qarşısında, islam dünyasının üfüqünü keçmişlə müqayisədə olduqca aydın, ümidverici və islam ümmətinin inkişafını inkar olunmaz bir gerçəklik adlandırıblar.
Həzrət Ayətullah-əl-üzma Xamenei müsəlmanların keçmişdəki ümidsizliyi, qəflətə qapılması və çətin şəraitini xatırladaraq, belə qeyd ediblər: Yeni müstəmləkəçilər və hegemonçuların o zaman müsəlmanlara qarşı ağır təzyiqlərinə rəğmən hazırda islami ümmətin oyanışı hesabına müsəlmanlar üçün gələcəyin üfüqü keçmişdəkindən daha aydındır.
İslam İnqilabının Böyük Rəhbəri İslami ümmətin tərəqqisi və zalımların zəiflik və acizliklərini bəyan edərək, Yaxın Şərqin bugünkü vəziyyətinə toxunub və belə əlavə ediblər: SSRİ-nin dağılmasından sonra özünü "Dünya kəndi"-nin kətxudası və yeganə qüdrəti sayan Amerika hazırda Fələstin, Livan, İraq və Əfqanıstanda dalana dirənib.
Həzrət Ayətullah-əl-üzma Xamenei həmçinin ABŞ-ın Pakistana olan son müdaxilələrinə işarə edərək, vurğulayıblar: Amerikalılar bu məsələdə də nakam qalacaqlar. Çünki müsəlmanlar oyaqdırlar. Onlarda müqavimət əhval-ruhiyyəsi mövcuddur. Onlar özlərinin islami hüquqları ilə tanışdırlar.

  • Yazılıb
  • da (də) 2008 Oct 01