Tarix : 2008 Oct 02
Kod 7709

AZƏRBAYCANLI XAKERLƏR MİLLİ MƏCLİSİN SAYTINI DAĞITDILAR

Ordudakı rüşvətxorluğa qarşı çıxan “Azerbaijan defacers” adlı proqramçılar qrupu öz etirazını MM-in saytını dağıtmaqla ifadə edib
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Azərbaycanlı xakerlər dünən axşam Milli Məclisin saytına hücum edib. Ordudakı rüşvətxorluğa qarşı çıxan “Azerbaijan defacers” adlı proqramçılar qrupu öz etirazını MM-in saytını dağıtmaqla ifadə edib. Bu qrup rəsmi erməni saytlarına da dəfələrlə hücum edərək onları dağıdıb. http://www.meclis.gov.az-ın ana səshifəsini http://gunes.li/hacked/rusvete_son.html linkinə yönlənləndirən hakerlər açilan səhifəyə Ramil Səfərovun şəkillərini və Azərbaycanın xəritəsini yerləşdirmişdilər. Orada həmçinin bu sözlər yazılmışdı.
“O (R.Səfərov - red.) bizim namusumuza və bayrağımıza görə öz həyatını puç elədi. Amma biz niyə birləşib torpaqlarımızı almaqdansa dövlətimizi rüşvət üzərində qururuq? Bir ildir virtual məkanda düşmənə qarşı mübarizə aparırıq. İndi isə Vətənə xidmət etməyə gedirik. Axı hərbi komissarlıq bizi hansısa bölgəyə xidmətə göndərmək üçün niyə rüşvət istəyir? Vətəni qorumağa gedən əsgərlərdən rüşvət istəyən zabitlərə ar olsun”- deyə “4R!F”, “Ələkbər”, “AGGO”, “AloR”, “Step_by_Step” və “Naxchıboy” ləqəbli hakerlər bildirib. Onu da qeyd edək ki, www.meclis.gov.az ölkədə ən güclü qorunan dövlət saytlarından biridir.

P.S. Gecə saat 2-dən sonra meclis.gov.az öz fəaliyyətini bərpa etdi.
  • Yazılıb
  • da (də) 2008 Oct 02