Tarix : 2008 Oct 02
Kod 7722

İSRAİLİN GÜRCÜSTAN-CƏNUBİ OSETİYA” MÜHARİBƏSİNDƏKİ ROLU HAQQINDA

İsveç Müdafiə Tədqiqatları İnstitutu Cənubi Osetiyadakı beşgünlük müharibəyə həsr olunmuş “Qafqaz lakmus kağızı” adlı hesabat hazırlayıb
Gürcüstan servisi/Aran Agentliyi

Münaqişənin hərbi aspektinə həsr olunmuş bölmədə İsveç analitikləri sayı minə çatan sionist hərbi mütəxəssislərinin ABŞ-dan daha çox rolu oynadığını əminliklə qeyd edirlər, İslam.ru xəbər verir.

“Mümkündür ki, bəzi israilli məsləhətçilər döyüşlərdə bilavasitə iştirak ediblər”, - deyə hesabat müəllifləri təsdiq edirlər. “Novıye İzvestiya” qəzetinin yazdığına görə “Qafqaz lakmus kağızında” bildirilir ki, Qafqaz müharibəsindən əvvəl keçirilən təlimlərdə iştirak edən minlərlə Amerika hərbçisi aydın şəkildə İraq yönəlişi daşıyırdılar. Bu belə bir vəziyyətlə də izah olunur ki, ABŞ tərəfindən Gürcüstana edilən hərbi təchizat, eləcə də gürcü hərbiçilərinin amerikalı təlimatçılar tərəfindən hazırlığı Cənubi Osetiyaya planlaşdırılan əməliyyatların tələblərinə cavab vermirdi. Hər şey İraqa istiqamətlənmişdi.


“Svenskaya Daqbladet” qəzeti israilli mənbələrə istinadən bəyan edir ki, minlərlə gürcü hərbi mütəxəssisləri arasında İsrail rejiminin Livana qarşı 2006-cı ildə hücum əməliyyatını hazırlayan general Qal Xirş də olub. Qal Xirş bildirildiyinə görə, Tsxinvaliyə hücum əməliyyatını o hazırlayıb.

Təl-Əvivin Gürcüstana marağının artmasını isveçlilər bəzi vəziyyətlərlə əsaslandırırlar. İsrail rejimi İrana zərbə endirməyə hazırlaşır və Gürcüstan uyğun hücum istiqaməti olaraq seçilib. Əvvəllər Təl-Əviv və Tiflis gizli razılaşma yaratmış və bunun əsasında Gürcüstan hökuməti iki aerodromunu sionistlərin ixtiyarına vermişdir. Onlara əsaslanaraq rejimin qırıcı təyyarələri İranın nüvə obyektlərinə zərbə endirəcəklər. Əks təqdirdə, sionist aviasiyasının İraqdan keçməsi gərəkərdi və bu da həm yolu uzadar, həm də diplomatik çətinliklər üzündən əngəllənə bilərdi.

İsrail rejiminin Gürcüstana olan marağının səbəblərindən biri də neft tranzitidir. İsrail öz neftinin 20%-ini Azərbaycanın Xəzər dənizindəki neft yataqlarından alır. Qara qızıl rejimə Bakı-Tiflis-Cehyan boru kəməri vasitəsilə çatır və onun stabil işində İsrail kifayət qədər maraqlıdır.
Hazırda Rusiya və İsrail rejimi öz münasibətlərində çox yaxşı anları yaşayır və buna görə də rejimin Gürcüstana yardımı maskalanmış halda həyata keçirilirdi. Məsələn sionist məsləhətçilər xüsusi şirkətlərin himayəsi altında fəaliyyət göstərirdi. Məhz onlar vasitəsilə hərbi təchizat Tiflisə ötürülürdü.

“Svenska Daqbladet” qəzetinin bildirdiyinə görə, belə bir əlaqənin əsas vasitəçisi koordinatoru İsrail rejiminin müdafiə naziri olmuşdur. Rəsmi Moskva Gürcüstanın Cənubi Osetiyaya hücum əməliyyatında sionist hərbçilərinin iştirakından xəbərdar olsa da ikitərəfli münasibətlərin korlanmasından ehtiyatlanaraq bunu üzə çıxartmadı.

  • Yazılıb
  • da (də) 2008 Oct 02