Tarix : 2008 Oct 02
Kod 7723

MOSKVADA PARTLAYIŞ

Partlayış nəticəsində meydana gələn yanğını söndürmək üçün işlər davam edir
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın paytaxtı Moskvanın şimalında meydana gələn təbii qaz partlayışında bir market və dörd avtomobil yanıb.

İslam-Azerinin istinadlı xəbərinə görə,
"Vodniy Stadion" metro stansiyasına 100 metr məsafədə meydana gələn hadisədə ölən ya da yaralanan olmayıb. Partlayış nəticəsində meydana gələn yanğını söndürmək üçün işlər davam edir.

ASİ 14:10-da meydana gələn partlayışın təbii qaz boru xəttinin köhnəlməsindən qaynaqlandığı ifadə olunur. Rusiya Federasiyası Hadisə Araşdırma Komitəsindən verilən açıqlamada borunun partlayış etməsi nəticəsində meydana gələn yanğının ətrafda olan marketə və avtomobillərə xəsarət yetirdiyi ifadə olunub.
Yanğında 200 metr kvadrat sahədə olan market və dörd avtomobil xəsarət alıb.
Hadisə ilə əlaqədar geniş miqyaslı araşdırma başladılıb. 25 yanğın söndürmə maşını və vertolyotların müdaxilə etdiyi hadisədə meydana gələn böyük partlayış ətrafda olan xalqı narahat edib.
  • Yazılıb
  • da (də) 2008 Oct 02