Tarix : 2008 Oct 03
Kod 7731

Ermənistan əhalisinin əksəriyyəti Türkiyəni düşmən ölkə kimi görür

Sorğuda iştirak edənlərin 76 % - i Türkiyə ilə münasibətlərin normallaşmasının ancaq Ermənistanın tələblərinin yerinə yetirilməsindən sonra mümkünlüyünü bildirib
Ermənistan servisi/Aran Agentliyi
    Ermənistanda aparılan ictimai sorğunun nəticələrinə görə, əhalinin 64 % - i Türkiyəni düşmən ölkə kimi görür. Bu barədə Türkiyənin “Timetürk” informasiya agentliyi məlumat verib.
   
    Sorğuda iştirak edənlərin 76 % - i Türkiyə ilə münasibətlərin normallaşmasının ancaq Ermənistanın tələblərinin yerinə yetirilməsindən sonra mümkünlüyünü bildirib. Iştirakçıların 33 % - i Türkiyə ilə münasibətlərin düzəlməsini mümkün hesab etmədiyini,. 43 % -i isə, buna şübhə ilə yanaşdığını bildirib. Ermənilərin ancaq 24 % - i Türkiyə ilə əlaqələrin düzəlməsini mümkün hesab edir. Sorğu Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzi tərəfindən aparılıb.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 03