Tarix : 2008 Oct 03
Kod 7734

Azərbaycan Ukraynadan 43 ədəd “R-27” raketi alıb

Bu raketlər xüsusi olaraq “MiQ-29” qırıcıları üçün işlənib hazırlanıb. Bu raket eyni zamanda “MiQ-23” və «MiQ-25» təyyarələrinin də silahlanmasına daxil edilib
Azərbaycan servisi/Aran Agentliyi
   Ukrayna 2006-2007-ci illərdə Azərbaycana 43 ədəd “R-27” raketi satıb. Bu barədə Ukraynanın BMT-nin Adi Silahlar Registrinə (United Nations Register of Conventional Arms (UNROCA) təqdim etdiyi hesabatda bildirilib.
    Hesabatda qeyd olunur ki, Ukrayna istehsalı olan “R-27” raketləri Azərbaycandan başqa bir neçə ölkəyə də ixrac edilib. Həmin dövrdə Qazaxıstana 26, Əlcəzairə 20, Slovakiyaya 6 ədəd “R-27” raketi satıb. Qeyd edək ki, 2006-cı ildə Ukraynanın Azərbaycana 16 ədəd “MiQ-29” döyüş təyyarəsi satdığı da bildirilir.
    Məlumat üçün bildirək ki, orta diapazonlu, “hava-hava” tipli “R-27” raketləri NATO ordularında “AA 10 Alamo” adlanır. Bu raketlər xüsusi olaraq “MiQ-29” qırıcıları üçün işlənib hazırlanıb. Bu raket eyni zamanda “MiQ-23” və «MiQ-25» təyyarələrinin də silahlanmasına daxil edilib.
  • Yazılıb
  • da (də) 2008 Oct 03