İran xalqı tərəf müqabilin düşmənçilik yerinə öz mövqelərini dəyişib və əməkdaşlıq və ağıllı yola üz tutduqları təqdirində onların hərəkətini müsbət cavablandıracaq
İİR servisi/Aran Agentliyi
İranın İŞM-nin sədri Əli Laricani deyib: Qərb dövlətləri İran xalqının milli müqavimət və əzmkarlığını göstərilən təhdid və psixoloji təzyiqlərlə təsir altına ala bilməyəcəklər. İRNA-nın verdiyi məlumata görə Laricani BMT-nin İranın sülhməramlı nüvə proqramına qarşı 1835 saylı qəbul etdiyi qətnaməni tənqid atəşinə tutaraq deyib : İran xalqı tərəf müqabilin düşmənçilik yerinə öz mövqelərini dəyişib və əməkdaşlıq və ağıllı yola üz tutduqları təqdirində onların hərəkətini müsbət cavablandıracaq.
Laricani təkidlə bildirib: Əgər bir dövlət güc mövqeyindən çıxış edib İran xalqı ilə qeyri-bərabər rəftar etsə onda bu ölkə xalqının kəskin cavabını gözləməlidir , zira mədəniyyətli İran xalqı haqq və məntiqin tərəfdarı olub, hegemonçuluq və ekspansionizm ilə müxalifdir. O deyib: İran xalqı sülhməramlı nüvə enerjisindən istifadəsini özünün qanuni hüququ hesab edir, ona görə də bu ölkə xalqı möhkəm iradə ilə özünü milli və təbii hüququndan heç zaman vaz keçməyəcək.