Tarix : 2008 Oct 04
Kod 7758

BAKIDA İSLAM ÖLKƏLƏRİ TƏHSİL NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLƏCƏK

Oktyabrın 6-8-də Azərbaycan Təhsil Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə Bakıda İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanin Təhsil Nazirliyindən verilən məlumata görə, konfransda 57 ölkənin təhsil və elm nazirlərinin iştirakı gözlənilir. Tədbirdə müsəlman dövlətlərində təhsil sahəsinin ən vacib problemləri və onların həlli yollarının müzakirəsi planlaşdırılır.
Konfransın Bakıda keçirilməsi barədə razılıq isə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycan ötən ilin sonunda baş tutan səfəri zamanı əldə edilib. Qeyd edək ki, İslam ölkələri elm və təhsil nazirlərinin I konfransı Liviyada, II iclası Səudiyyə Ərəbistanında, III konfransı Küveytdə keçirilib. Sonuncu konfrans 2006-cı ildə olub.
  • Yazılıb
  • da (də) 2008 Oct 04