Avropa və qərb ölkələri bilməlidirlər ki, onların təmsilçiləri beynəlxalq təşkilatlarda necə anormal qərarlar qəbul edirlər
İİR servisi/Aran Agentliyi
İranın Beynəlxalq Nüvə Energetikası Agentliyindəki təmsilçisi Amerika başda olmaqla qərb dövlətlərinin MAQATE tərəfindən İsrail əleyhinə qətnamə çıxarılmasına mane olduqlarını bəyan edib. İsrailin gizli nüvə fəaliyyətlərini nəzarət altına almaq üçün ərəb ölkələri və İran müvafiq qətnamənin çıxarılmasını tələb etmişdilər.
İranın Press TV kanalının məlumatına əsasən, Əliəsğər Soltaniyyə qərb dövlətlərinin İsrailin gizli nüvə proqramının kənarından sükutla keçmələrini tənqid edərək, deyib: Avropa və qərb ölkələri bilməlidirlər ki, onların təmsilçiləri beynəlxalq təşkilatlarda necə anormal qərarlar qəbul edirlər.
İranlı diplomatın sözlərinə görə, beynəlxalq ictimaiyyət İsrailin tezliklə nüvə silahlarının yayılmamasına dair sazişə qoşulmasını tələb edir. Ancaq qərb dövlətləri bu istəyi qulaq ardına vururlar.
Müsəlman ölkələri Bloklara Qoşulmayan Ölkələr Hərəkatının himayəsi ilə bildiriblər ki, bu İsrailin gizli silahlanma proqramı əleyhinə onların son cəhdi olmayacaq və MAQATE-nin gələn il keçirilməsini nəzərdə tutulan ümumi konfransında da İsrail rejimini ifşa edəcəklər.
İsrail rejimi Yaxın Şərq regionunda nüvə silahlarına malik olan yeganə rejimdir ki, nüvə silahlarının yayılmasına dair sazişi bu günədək imzalamayıb.