Tarix : 2008 Oct 05
Kod 7784

İran qripə qarşı peyvəndi dünya ölkələrinə təqdim edir

Dünya bazarlarında tələb olunan vərəm və malyariya əleyhinə peyvəndlərin hazırlanması da istehsalçı müəssisələrin diqqət mərkəzində olmalıdır
İİR servisi/Aran Agentliyi

İran İslam Respublikası insan və quş qriplərinə qarşı peyvəndi çox ucuz qiymətlə dünya bazarlarına çıxarır. Müxbirimizin məlumatına görə, İranın səhiyyə naziri Kamran Bağiri-Lənkərani SAHA əczaçılıq zavodunun açılış mərasimində deyib: Dünya bazarlarında tələb olunan vərəm və malyariya əleyhinə peyvəndlərin hazırlanması da istehsalçı müəssisələrin diqqət mərkəzində olmalıdır.
Bağiri-Lənkərani Kərəc şəhərində fəaliyyətə başlayan SAHA əczaçılıq zavodunun əhəmiyyəti barədə qeyd edib ki, bu müəssisə İranda ən mühüm əczaçılıq zavodlarından biri olaraq, dünya standartlarına uyğun və yeni texnologiyalar əsasında inşa edilib.
Əczaçılıq zavodunda hər il 1.2 milyard ədəd həb və kapsula, 1 milyard ədəd antibiotik kapsula, 350 milyon yumşaq jelatin kapsula, həmçinin göz damcısı dərmanları, krem, pomada, şərbət və müxtəlif vitamin növlərinin istehsalı planlaşdırılır.

  • Yazılıb
  • da (də) 2008 Oct 05