Tarix : 2008 Oct 06
Kod 7798

ADAMLARI YAP-IN TƏDBİRİNDƏ İŞTRAKA MƏCBUR EDİRLƏR

ATƏT-in müşahidəçiləri hakim Yeni Azərbaycan Partiyasının tədbirlərində xeyli sayda şagird və tələbə görüblər
Azərbaycan servisi/Aran Agentliyi
Prezident ölkənin müxtəlif bölgələrində olur, yeni fabriklər, yollar, məktəblər, muzeylər açır. Ancaq İlham Əliyevin prezidentlik fəaliyyəti ilə seçki kampaniyasını fərqləndirmək çətindir.

Bunu ATƏT-in Müşahidə Missiyası ikinci aralıq hesabatında deyir. Budəfəki hesabat sentyabrın 18-dən 30-dək olan müddəti əhatə edir. Hesabatda deyilir ki, seçki mühiti sakit keçir, kampaniyaya ictimai maraq azdır, çünki seçkidə əsl rəqabət yoxdur.

ATƏT-in Müşahidə Missiyası bildirir ki, prezidentliyə namizədlərin platformaları və seçki mesajları bir-birindən çox fərqlənmir. Bircə Hafiz Hacıyev müxalifət və bəzi hakimiyyət rəsmilərinin ünvanına ittihamlar səsləndirib.

Bəzi hallarda adamları hakim Yeni Azərbaycan Partiyasının tədbirlərində iştiraka məcbur edirlər. ATƏT müşahidəçiləri bu tədbirlərdə xeyli sayda şagird və tələbə görüblər. Onların müşahidəçilərə dediyinə görə, məktəbləri bağlayıblar ki, tələbələr müəllimləri ilə birlikdə mitinqə getsinlərSeçki kampaniyasında daha çox İlham Əliyevin şəkilləri görünür. Onun şəkilləri Bakıda bir çox mağazaların şüşələrindən görünür. Seçki təbliğatı üçün ayrılmış lövhələrdən digər namizədlər də istifadə edir. İqbal Ağazadənin dediyinə görə, onun plakatlarını cırıblar, ancaq o, bu barədə rəsmi şikayət verməyib.

Bəzi hallarda adamları hakim Yeni Azərbaycan Partiyasının tədbirlərində iştiraka məcbur edirlər. ATƏT müşahidəçiləri bu tədbirlərdə xeyli sayda şagird və tələbə görüblər. Onların müşahidəçilərə dediyinə görə, məktəbləri bağlayıblar ki, tələbələr müəllimləri ilə birlikdə mitinqə getsinlər. Müşahidəçilər prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin də tədbirinə adamların gətirildiyini qeyd edir.

Bakı Şəhər İcra Hakimiyyəti «Sərbəst toplaşma azadlığı haqqında» qanununun bəzi müddəalarını məhdudlaşdırıb, belə ki, seçkini boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib.

ATƏT-in müşahidə missiyası bəzi televiziya kanalları və qəzetlərin monitorinqini həyata keçirib. Məlum olub, bu telekanalların hamısı siyasi və seçki xəbərlərin böyük hissəsini hazırkı iqtidara həsr edir. İctimai Televiziya təbliğat başlanan gündən - 17 sentyabrdan bəri prezidentin işi barədə daha az məlumat verməyə çalışsa da, yenə də hazırkı dövlət başçısı barədə xəbərlər bütün digər namizədlərinkindən çox olub. Bu xəbərlərin böyük hissəsi də İlham Əliyevin məhz prezident işinin müsbət işıqlandırılması ilə bağlı olub. Bu xəbərlərdə tənqidi fikir olmayıb.

Çap mediası televiziyaya nisbətən daha fərqli fikirlər yayıb. Rəsmi qəzetlər namizədlərin reklamına pulsuz yer ayırsalar da, hazırkı prezidentə dəstəklərini açıq göstəriblər. Müxalifətin «Yeni Müsavat» qəzeti isə hakimiyyəti tənqid edib, İqbal Ağazadəni dəstəkləyib. «Zerkalo» qəzeti isə kampaniyanı daha balanslı işıqlandırıb.
  • Yazılıb
  • da (də) 2008 Oct 06