İranın nüvə proqramının tamamı ilə dinc məqsədli və qanuni oldyunu habelə bu fəaliyyətləri davam etdirəcəyini vurğulayıb
İİR servisi/Aran Agentliyi
İİR-nin xarici işlər naziri deyib: İranın nüvə işi ilə bağlı qarşılıqlı etimadın yaradılması üçün danışıqlar aparılmalıdır.
Mənuçehr Müttəki ABÇ-da çıxan News Week jurnalına verdiyi müsahibədə , İranın nüvə proqramının tamamı ilə dinc məqsədli və qanuni oldyunu habelə bu fəaliyyətləri davam etdirəcəyini vurğulayıb.
Onun sözlərinə görə, İranın MAQATE-nin bütün suallarını cavablandırdığı bir vaxtda ABŞ eyni iddialar irəli sürür.
Müttəki habelə ABŞ-ın İraqın daxili işlərinə müdaxiləsi ilə bağlı rəsmi Tehrana qarşı irəli sürdüyü iddiaları rədd edib. İranlı nazir deyib ki, ABŞ daim öz siyasətlərini başqalarına qəbul etdirmək sahəsində müvəffəqiyyətsizliyə uğradığı zaman İranı təqsirləndirməyə çalışır . Halbuki İraq və Əfqanıstanla bağlı rəsmi Tehranın mövqeyi sabitlik və təhlükəsizliyin bərqərarı və bu ölkələrdə xalq tərəfindən seçilmiş qanuni hökumətlərin təşkil olunmasındadır.
İranın xarici işlər naziri bu dövlətə qarşı hədə-qorxular haqda da deyib: Təbiidir ki, İrana qarşı hər hansı bir mümkün hücum ən kəskin formada cavablandırılacaq.