İİR servisi/Aran Agentliyi
İİR-in Xarici İşlər Nazirliyinin mətbuat BMT-nın Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi 1835 saylı qətnaməsinin siyasi adlandırıb və deyib: İranın nüvə işinə texniki və hüquqi prizmadan yanaşmaq lazımdır. Müxbirimizin məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bu gün öz həftəlik brifinqində İranın 6-lar Qrupu ilə müzakirələri davam etdirməyə hazır olmasına təkid edib və deyib: Biz MAQATE-yə tövsiyə edirik ki, öz hüquqi və texniki prinsiplərinə sadiq qalsın və siyasi təzyiqlərdən təsir almasın.
Qəşqavi İranın Rusiyaya etibar etməsi sualını belə cavablandırıb: Etibar nisbi bir məsələdir və İranın Rusiya ilə bağlı nöqtə-nəzəri regional əməkdaşlıqların davam etdirilməsidir.
Qəşqavi artırıb: Ən yaxşı diplomatiya qonşu ölkələrlə əməkdaşlıqların genişlənməsinə və münasibətlərin möhkəmlənməsinə səbəb olan diplomatiyadır və İİR. bu diplomatiyanı izləyir.
İİR-in XİN-nin mətbuat katibinin sözlərinin davamında təhlükəsizlik müqaviləsi ilə bağlı Vaşinqton və Bağdad arasında fikir ayrılıqlarının olmasına işarə edərək deyib: İraq xalqı və bu ölkənin bütün tanınmış siyasət xadimləri İraqın müstəqilliyinə təkid edirlər və İİR. da İraq xalqının müstəqillik ruhiyyəsini dəstəkləyir.
Qəşqavi Əfqanıstanın MAQATE direktorlar şurasına üzvlüyü haqda da deyib: Qurum daxili fikir mübadilələri və danışıqların sonda məsələ bu cür həll olundu və bu o qədər də mühüm bir hadisə sayılmır.
İranın XİN-nin mətbuat katibi İraq və Əfqanıstanda vəba xəstəliklərinin yayılmasında işğalçı dövlətlərin məsuliyyət daşıdıqlarının bildirərək deyib: Vəba xəstəliyinin yayılması işğalçılığın aydın nəticələrindən olaraq çox təəssüfləndirici və kədərləndirici bir hadisədir.
Qəşqavi İraq və Əfqanıstanın işğal edilməsinin səhiyyənin yaxşılaşmasına deyil daha da pisləşməsinə səbəb olduğunu bildirərək deyib: İşğal altında olan ölkələrində yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində verilmiş vədlər yerinə yetirilməyib və mövcud vəziyyət daha da pisləşib.
İranın XİN-nin sözçüsü Tehran - Qahirə münasibətləri haqda deyib: İran və Misir iki böyük sivilizasiyaya malik ölkədir və münasibətlər və əməkdaşlıqlar adiləşmək istiqamətində davam edir.
Qəşqavi iranlılar və Amerika şurası ofisinin yaradılması haqda isə deyib: ABŞ rəsmiləri tərəfindən bu istiqamətdə heç bir rəsmi istək daxil olmayıb və belə bir ofisin yaradılması xəbəri şayiədir.
İranın XİN-nin sözçüsü habelə Somali sularından İran gəmisinin oğurlanmasından təəssüfləndiyini bildirərək, gəmilərin oğurlanmasını beynəlxalq bir məsələ adlandırıb və deyib: Oğurlanmış İran gəmisinin azad edilməsi istiqamətində daxili və beynəlxalq səviyyəli səyləri davam etdirilir.