İsrail Baş naziri Ehud Olmert Moskvadan istədiklərini ala bilmək üçün Rusiya üçün müqəddəs bir hədiyyə ilə Kremilə gəlir
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın İran İslam Respublikasına və Suriyaya satmağı hazırlaşdığı S-300 Raket Müdafiə Sistemləri, Suriyada qurulması planlaşdırılan Tartus dəniz əsası, İran Nüvə Proqramı və Həmasla Rusiya arasında inkişaf edən əlaqələrdən narahat olan İsrail Moskvanı dayandırmaq üçün hərəkətə keçib.
İsrail Baş naziri Ehud Olmert Moskvadan istədiklərini ala bilmək üçün Rusiya üçün müqəddəs bir hədiyyə ilə Kremilə gəlir.
Rusiyanın 1890-cı ildə II Çar Aleksandrın oğulu Sergey Aleksandroviç adına tikdirdiyi müqəddəs 'Sergey Karvansarayı' Moskvaya qaytarılır. İsrail hökuməti bazar günü reallaşdırdığı iclasda Rus Hacılar üçün müqəddəs olan məkanın mülkiyyət haqqının Rusiyaya qaytarılmasına qərar verib. Qeyd edək ki, Moskva uzun müddətdir 1964-cü ildə İsrailin Sovet hakimiyyətindən 3,5 Milyon dollara aldığı iki qatlı Karvansarayın qaytarılması qçün səylərini davam etdirirdi.
Ehud Olmertin Moskvada iki günlük rəsmi ziyarətində regional təhlükəsizlik problemləri ilə birlikdə, Rusiyanın Orta Şərqə satmağı planladığı silahların olduğu bildirilir. Hökumət yığıncağında ziyarətlə əlaqədar açıqlama verən Olmert, "İran nüvə proqramında Rusiya açar rol oynayır. Bölgəyə silah proqramı reallaşır. Bu bizi həddindən çox narahat edir. Geniş gündəmlərimiz var." deyib.