Məlumatda bildirilir ki, İraqın şimalındakı Avaşin Basyan bölgəsində müəyyən edilmiş PKK hədəflərinə qarşı oktyabrın 4-dən hava əməliyyatlarına başlanıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Silahlı Qüvvələri Aktütün jandarma məntəqəsinə hücum etmiş və hazırda İraqın şimalında gizlənən PKK terrorçularına qarşı hava əməliyyatları keçirir.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumat yayıb. Məlumatda bildirilir ki, İraqın şimalındakı Avaşin Basyan bölgəsində müəyyən edilmiş PKK hədəflərinə qarşı oktyabrın 4-dən hava əməliyyatlarına başlanıb.
Ötən gecə Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri terrorçuların qeyd olunan bölgədəki hədəflərinə zərbələr endirib. Oktyabrın 5-dən 6-a keçən gecə isə türk aviasiyası yenidən Avaşin Basyan bölgəsində aşkarlanan daha bir terrorçu qrupuna qarşı əməliyyat keçirib. Terrorçuların itkiləri ilə bağlı məlumat verilmir. Baş Qərargah hava zərbələri zamanı mülki insanlara heç bir ziyan dəymədiyini bəyan edib.