Bu hərbi təlimlərin keçirilməsində məqsəd NATO-ya üzv habelə bu təşkilat ilə əməkdaşlıq edən ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi olub
Azərbaycan servisi/Aran Agentliyi
Ermənilər Az. R, Türkiyə, və Rusiyanın bu ölkədə keçirilən manevrlərində iştirak etmələrindən narazılı qalıblar.
İSNA İnformasiya Agentliyinin məlumatına görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Az. R, Türkiyə , Gürcüstan və Rusiyanın NATO-nun Ermənistanda keçirilən hərbi təlimlərində iştirak etməmələrindən təəssüfləndiyini bildirərək deyib: Bu ölkələrin NATO-nun manevrlərində iştirak etməmələri regionda təhlükəsizliyin süstlüyünü göstərir.
NATO-nun Haydelberq quru qüvvələri komandirinin müavini Con Qardner deyib: Bu hərbi təlimlərin keçirilməsində məqsəd NATO-ya üzv habelə bu təşkilat ilə əməkdaşlıq edən ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi olub.
NATO-nun Ermənistanda keçirilən hərbi təlimləri 3 həftə davam edəcək . Bu təlimlərə sentyabrın 29-da start verilib. Həmin təlimlərdə dünyanın 17 ölkəsindən olan 900-dən çox hərbçi iştirak edir.
Kanada , Yunanıstan, Macarıstan, Litva, Polşa, İngiltərə , ABŞ , Avstriya , Albaniya , Moldova, Ukrayna, Qazaxıstan , Çexiya və Birləşmiş Ərəb Əmirlikləri bu manevrdə iştirak edən ölkələrdəndirlər.