yanğından ilk olaraq yaxınlıqdakı polislər xəbər tutublar və tezliklə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin dəstələrinə xəbər veriblər
Azərbaycan servisi/Aran Agentliyi
Ötən gecə saat 3 radələrində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 16-da yanğın baş verib. Lent.az-ın Nazçıvan müxbirinin verdiyi məlumata görə, yanğından ilk olaraq yaxınlıqdakı polislər xəbər tutublar və tezliklə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin dəstələrinə xəbər veriblər. Yanğınsöndürənlər hadisə yerinə gələndən az sonra yanğını söndürməyə müvəffəq olublar.
Hadisə nəticəsində ölən olmayıb. Ancaq bina sakinləri yanğından gec xəbər tutduqları üçün 7 uşaq tüstüdən zəhərlənib və təcili Mərkəzi xəstəxanaya qaldırılıb. Uşaqlardan birinin vəziyyəti orta ağırdır.
Yanğının binanın zirzəmi qatındakı elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi güman edilir.
Faktla bağlı araşdırma aparılır.