Tarix : 2008 Oct 07
Kod 7828

NATO: İRAN İSLAM RESPUBLİKASINI DAYANDIRMAQ MÜMKÜN DEYİL

NOTO rəsmisi Yaap de Hoop Scheffer Fransada təşkil etdiyi mətbuat konfransında İran İslam Respublikasının nüvə proqramını dayandırmağın mümkün olmadığını söyləyib
İİR servisi/Aran Agentliyi

İran İslam Respublikasının nüvə proqramının nüvə silah istehsalına istiqamətli olduğu şəklindəki İsrailə haqq verən NATO rəsmisi, "dünyanın İranın nüvə məqsədlərinə çatmasını dayandıra biləcəyinə inanmıram" deyərək İrana tətbiq olunan embarqoların da nəticəsiz qalacağını ifadə edib.

200 nüvə silahına sahib olan sionist İsrail rejminin nüvə silahına da açıq-aydın dəstək verən NATO rəsmisi Scheffer "İsrailin fərz edilən nüvə tutumundan vaz keçməsinə səbəb yoxdur. Hamımızın bildiyi kimi, İsrail bu mövzuda deyilənləri heç bir zaman qəbul etməyib. Buna görə də nüvə potensialını buraxması istiqamətli müzakirələri düzgün qəbul etmirəm. Burada əsl təhlükəli olan vəziyyət, İranın sürətlə irəliləyən mərmi texnologiyasıdır" deyərək İranın mərmi sisteminin İsrail və Qərb üçün çox böyük hədə meydana gətirdiyini irəli sürüb.

Bu arada NATO rəsmisi Yaap de Hoop Schefferin bu şərhləri İsrail höküməti tərəfindən böyük bir məmnunluqla qarşılanıb. İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi, NATO səlahiyyətlisinin "İsrailin nüvə tutumunu qorumağa haqqı vardır" şəklindəki şərhinin "nümunə bir şərh" olduğunu ifadə edərək NATO-nun İsrailin yanında olduğuna dair İrana verilmiş açıq bir mesaj mənasını verdiyini söyləyib.

İsrailin "Jerusalem Post" qəzetinə verdiyi müsahibədə başqa bir israilli səlahiyyətli isə NATO rəsmisinin şərhini "bu şərh çox əhəmiyyətli şərhdir. Bu şərh bir mühribədə NATO-nun bizim yanımızda döyüşəcəyi mənasını verməməkdir. Ancaq bu şərh, NATO tərəfindən bütün Orta şərqə verilən bir mesajdır" deyib.

  • Yazılıb
  • da (də) 2008 Oct 07