İİR servisi/Aran Agentliyi
İran Milli Təhlükəsizlik Şurası Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solanaya məktub göndərib. «Reuters» agentliyinin məlumatına görə, məktub, İranın nüvə proqramı ətrafındakı vəziyyətə həsr olunub.
Təhlükəsizlik Şurasının mətbuat katibi bildirib ki, iki səhifəlik məktubla «altılıq» ölkələrinin son hərəkətləri ilə bağlı rəsmi Tehranın mövqeyi açıqlanıb. İran hakimiyyəti nüvə silahının yaradılması ilə bağlı ittihamları rədd edib.