Bu gün İraq dövləti və xalqının vəzifəsi işğalçıların ekspansionist siyasətləri və tamahkarlıqları qarşısında dayanmaqdır
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti İraq dövləti və xalqının vəzifəsini işğalçıların ekspansionist siyasətləri qarşısında dayanmaq hesab edib. Müxbirimizin verdiyi məlumata əsasən, Mahmud Əhmədinejad Tehranda İraq parlamentinin sədri Mahmud Əl-məşhədani ilə görüşdə Amerikanın İraq xalqından imtiyaz almaq ardınca olmasını bildirərək əlavə edib: Bu gün İraq dövləti və xalqının vəzifəsi işğalçıların ekspansionist siyasətləri və tamahkarlıqları qarşısında dayanmaqdır. Çünki müqavimət və dayanmaq birlik və izzət yaradıcıdır.
Əhmədinejad Amerikanın İraqdakı hazırkı vəziyyətini uçuruma doğru yönəldiyini vurğulayaraq əlavə edib: Amerikalılar İraqa daxil olduqları gün öz qüdrətlərinə məst olmuşdular. Amma hazırda uçuruma yönəlmişlər.
İİR-nin prezidenti deyib: İraq xalqı ayıq və qüdrətlidir və öz ölkələrini çox gözəl formada idarə edə bilərlər. Buna görə də İraqda əcnəbilərin iştirak etmələrinin davamına ehtiyac yoxdur.