oktyabrın 8-də səhər tezdən Gürcüstanın Tsalendjix və Çxorotsk rayonlarındakı bir neçə blok-post ləğv edilib. Blok-postlar tanklar və ağır traktorlar vasitəsilə dağıdılır
Gürcüstan servisi/Aran Agentliyi
Rusiya qoşunlarını Gürcüstan ərazisində yaratdığı “bufer zonasından” çıxartmağa başlayıb. Lent.az-ın gürcü KİV-nə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də səhər tezdən Gürcüstanın Tsalendjix və Çxorotsk rayonlarındakı bir neçə blok-post ləğv edilib. Blok-postlar tanklar və ağır traktorlar vasitəsilə dağıdılır.
Hərbi texnika və avtomobillər Zuqdidinin mərkəzindən keçərək Abxaziyanın Qal rayonuna istiqamətləniblər. Rusiya hərbçilərinin Zuqdidinin Urta kəndini də tərk etdikləri xəbər verilir. Bundan əlavə, Cənubi Osetiya ilə sərhəddə yerləşdirilən blok-postların ləğvi istiqamətində də hazırlıqlar başlanılıb.
Rusiya qoşunlarının çıxarılmasına Avropa Birliyinin müşahidə missiyasının rəhbəri Hansjoerg Haber nəzarət edir. Onun artıq yerli administrasiya ilə danışıqlara başladığı bildirilir.