Ramil Usubov bu görüşdə bildirib ki, indiyədək seçkilərdə iştirak şəraitinə malik olanların 98.9 faizi DİN-dən rəsmi şəxsiyyət vəsiqəsi alıb
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ-ın Bakıdakı səfiri Az. R-nın prezident seçkiləri ərəfəsindəki durumunu araşdırmaq üçün bu ölkənin daxili işlər naziri ilə görüşüb. ANS Az. R. DİN-nin mətbuat xidmətinə istinadla xəbər verir: Ramil Usubov bu görüşdə bildirib ki, indiyədək seçkilərdə iştirak şəraitinə malik olanların 98.9 faizi DİN-dən rəsmi şəxsiyyət vəsiqəsi alıb. O, 15 oktyabr prezident seçkilərinin keçirilməsi üçün görülmüş tədbirlər və fəaliyyətlər barədə Amerikanın Bakıdakı səfirinə tam izahat verib.
Bu məlumata əsasən, Enn Dorsi də bu görüşdə ölkə səviyyəsində təhlükəsizlik mülahizələri və tədbirlərə görə, Az. R. dövlətinə təşəkkür edərək vəd verib ki, ABŞ-ın Bakıdakı səfirliyi ilə Az. R-nın DİN-i arasındakı həmkarlıqların daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcək.
Bu məlumatda En Dorsi-nin Ramil Usubov ilə görüşündə qaldırılan əsas məsələlərə işarə olunmayıb. ABŞ-ın Bakıdakı səfiri İlham Əliyev dövlətinin daxili siyasətlərinin tənqidçiləri və hakim partiya ilə müxalif və vəziyyətləri məlum olanların himayəçilərindəndir.