Milad qülləsi Tehran beynəlxalq əlaqələr mərkəzi adlı yerdə və Tehranın şimal-qərbindəki Nəsr məntəqəsi təpələrində yerləşibdir
İİR servisi/Aran Agentliyi
Tehranda Milad adlı kommunikasiya qülləsi istifadəyə verilib. İranlı mühəndislər tərəfindən inşa edilən bu bürcün birinci fazası çərşənbə axşamı günü 11 ildən sonra Tehranın meri Məhəmmədbaqir Qalibafın iştirakı ilə istifadəyə verilib.
Milad qülləsi Torentodakı CN qülləsi, Moskvadakı Ostankino qülləsi və Şanxaydakı Oriental Prel qülləsindən sonra 4-cü ən böyük kommunikasiya qülləsidir.
Milad qülləsi Tehran beynəlxalq əlaqələr mərkəzi adlı yerdə və Tehranın şimal-qərbindəki Nəsr məntəqəsi təpələrində yerləşibdir.