Az. R-nı hədələyən yeni problemlərin törədə biləcək xəsarətləri Qarabağ münaqişəsi itkilərindən daha ağır olacaq
Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nı hədələyən yeni problemlərin törədə biləcək xəsarətləri Qarabağ münaqişəsi itkilərindən daha ağır olacaq. Bu məsələni Gündüz Hacıyev SƏHƏR telekanalının canlı Kompas proqramına verdiyi müsahibəsində vurğulamışdır.
Gündüz Hacıyev qəsbkar Sionist Rejimlə Az. R. arasındakı münasibətləri qınayıb və deyib ki, qəsbkarlıq və müsəlmanlara qarşı cinayətləri ilə seçilən qeyri qanuni bir rejimlə əlaqəyə girmək , Az. R-nın müsəlman xalqların nəzdindəki imicinə ciddi təhlükədir. Bundan əlavə sionistlərin Az. R-da genişlənən nüfuzu və onların anti-İslam məfkurələrinə görə müsəlman ölkəyə və xalqın mənafeyinə ciddi ziyanlar vurmaqdadır.
İslam dünyasının Sionist Rejim və ABŞ tərəfindən yürüdülən məkrli planlar və ətraflı şəkildə bütün sahələrdə , o cümlədən nüvə enerjisi ilə bağlı fəaliyyətlərdə inhisarçılıqları qarşısında tədbirlərə gəlincə Gündüz Hacıyev müsəlman xalqların ayıqlığının əhəmiyyəti üzərində xüsusi təkid etmişdir.
O, öz ölkəsində həm də sionistlərin nüfuzu və təsiri nəticəsində meydana gələn şəraiti acınacaqlı hesab edib, xalqın maarifləndirilməsində ciddi problemlərin mövcud olmasından təəssüfləndiyini də bildirmişdir.
Gündüz Hacıyev , iqtidarı sionistlərin təsiri altında xalqın maarifləndirilməsinə ciddi maneələr törətməkdə suçlayıb, müxtəlif informasiya vasitələri, O cümlədən telekanalların zəhərli fəaliyyətlərinin Azərbaycan ictimaiyyətini uçuruma sürükləməsinin fakt olduğunu da xüsusi qeyd edib.