Bütün dünyada gender bərabərliyinin təmin olunması prosesləri getdiyi zaman, bizim ölkədə, təəsüflər olsun ki, qadınlar hələ də mədəni, sosial, siyasi həyatda layiqincə iştirak edə bilmir
Azərbaycan servisi/Aran Agentliyi
Firudin Cəlilov: «Azərbaycanda da bundan siyasi məqsədər üçün istifadə edən qüvvələr var. Və həmin qüvvələr cəmiyyəti iki hissəyə bölərək insanları qarşı-qarşıya qoymaq istəyirlər»
Hacı Şahin Həsənov: «Hər hansı bir insan etiqadına görə təhsil almaq hüququndan məhrum olmamalıdır»
Hər il yeni tədris ilində müxtəlif məktəb və universitet rəhbərlikləri tərfindən inanclı xanımların hicab taxmalarına qadağa qoyulur. Sumqayıtın bir sıra məktəbləri və universitetində də hicabla bağlı problem yaşanmaqdadır. Beləki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov inanclı tələbələrin universitetinə hicablı halda gəlməsinə qadağa qoyub. Beləki, belə bir təzyiqlə bir başa üzləşən tələbə Ülkər Hacıyeva bir neçə tələbə yoldaşı ilə birlikdə Heydər Əliyev Fondunun Prezidentinə, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya müraciət yönəltmişlər və artıq müraciət ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən həftə də 400 hicablı vətəndaşın imzası ilə müraciət xanım Mehriban Əliyevə ünvanlanmışdır. Belə ki, artıq 10 ilə yaxındır ki, Azərbaycanda islam dininə mənsub olduğunu öz həyat tərzində birmənalı şəkildə ifadə edən 4000-ə yaxın xanım, baş örtüyündə olduqlarına görə, vətəndaşlığı təsdiq edən sənədi ala bilmir və ya yaşadıqları ünvan, ailə vəziyyəti, soyadı dəyişildikdən sonra şəxsiyyət vəsiqələrini təzələyə bilmirlər.
Bütün dünyada gender bərabərliyinin təmin olunması prosesləri getdiyi zaman, bizim ölkədə, təəsüflər olsun ki, qadınlar hələ də mədəni, sosial, siyasi həyatda layiqincə iştirak edə bilmir, hətta şəxsiyyət vəsiqələri olmadığına görə bu proseslərdən süni şəkildə tədric olunublar.
Ötən həftə Milli Məclisdə “Təhsil Haqqında” qanun müzakirəyə qoyuldu və tezliklə qəbul ediəcəyi açıqlandı. Bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.
Ş. Hacıyev deyib ki, qanun bu il ərzində qəbul olunmalıdır. Komissiya sədri layihənin artıq tam şəkildə beynəlxalq ekspertizadan keçirildiyini də bildirib. Ş. Hacıyev deyib ki, "Təhsil haqqında" qanun çərçivə sənəd olduğu üçün təhsillə bağlı bütün digər qanunlar ondan sonra qəbul ediləcək.
Komissiya sədri onu da bildirib ki, "Təhsil haqında" qanun layihəsində baş örtüyündən istifadəsi ilə bağlı məsələlər də gündəmdən çıxıb: "Artıq bu məsələyə aydınlıq gətirilib. Bu, təhsil müəssisələrinin öz işidir. Heç kimi hansısa geyim formasını seçməyə görə məcbur edə bilmərik". Ş. Hacıyevin sözlərinə görə, qanun layihəsində baş örtüyündən istifadəyə birbaşa icazə verilir.
Hacıyevin sözlərinə inansaq, o halda bu çox müsbət addımdır və Konstitusiyaya tamami ile uyğundur. Çox yaxşı haldır ki, bu məsələdə yekunda müsbət nəticə verəcək. Ancaq Şəmsəddin Hacıyevin fikrlərini birmənalı qarşılamayanlar da, bunu yalnız onun şəxsi fikrləri və reallıqdan azaq olduğunu düşünənlər, buna inananlar da var.
Sabiq təhsil naziri Firudin Cəlilov məsələyə münasibət bildirərkən ümumi konteksdən çıxış etdi: «Bu problem 10-15 ildir Türkiyədə də mübahisə mövzusuna çevrilib. Azərbaycanda da bundan siyasi məqsədər üçün istifadə edən qüvvələr var. Və həmin qüvvələr cəmiyyəti iki hissəyə bölərək insanları qarşı-qarşıya qoymaq istəyirlər. Mənim fikirimcə, bu cür oyunlar daha çox xaricdə hazırlanaraq Azərbaycana ötürülür. Bu cızılmış bir plandır. «Təhsil haqqında» qanuna gəldikdə isə, qanun hələ tam qəbul olunmayıb. Olunana qədər konkret hansısa məqamların necə olacağını indidən proqramlaşdırmaq fikrimcə düzgün olmazdı. Gəlin gözləyək sözügedən qanun qəbul olunsun, ondan sonra münasibət bildirək».
Dinşünas Hacı Şahin Həsənov bildirdi ki, layihə ilkin olaraq müzakirəyə çıxarılan zaman tələbələrin hicabla ali məktəblərə getməsini qadağan edən maddə layihədən çıxarılmışdı: «O üzdən ümid edirik ki, «Təhsil haqqında» qanun qəbul olunan zaman bu məsələ öz həllini müsbət mənada tapacaq. O ki qaldı bizim fikrimizə qeyd edim ki, əgər biz demokratik qurluşda yaşayırıqsa, demokratiyanın tələblərinə əməl etməliyik. Demokratiyanın təməl prinsiplərindən biri də insanların vicdan, dini etiqad azadlığına hörmət olunmasıdır və bunun təmin olunmasıdır. Ona görə də insanların dini etiqad azadlığından çıxış edərək hesab edirik ki, hicaba hər hansı qadağanın qoyulması məntiqsizldir. Müasir dünqyada bu problem aradan qaldırılmalıdır. Qadağalar hər zaman insanların radikallaşmasına münbüt zəmin yaradan faktorlardan biri olub. Hər hansı bir insan etiqadına görə təhsil almaq hüququndan məhrum olmamalıdır».