Azərbaycan servisi/Aran Agentliyi
Sekulyar, paqan mədəniyyətin əxlaq təlimi ilə səmavi mədəniyyətin əxlaq təlimi insanlıq tarixi boyunca həmişə vuruşub. Bəzən biri, bəzən də digəri hakim olub.
Sekulyar əxlaq təliminin ego idealı mənfəət, İslamın əxlaq təliminin (həmçinin, digər İlahi dinlərin) ego idealı isə Allahın razılığını qazanmaqdır.
Sekulyar əxlaq təliminin dayaq nöqtəsi qüvvətdir. Güc, pul və sosial pozisiyadan istifadə edilərək problemlər həll edilməyə çalışılır. Səmavi əxlaq təliminin dayaq nöqtəsi isə ədalətdir. Problemlər ədalətli həll qayğısı ilə həll edilməyə çalışılır. Güclü, pullu, vəzifə sahibi olan deyil, haqlı olan lehinə həll dəyişdirilir.
Sekulyar əxlaq təliminin həyat prinsipi mübarizədir. Həyat mübarizədir. Uğur üçün hər şey mümkündür. “Uğurlu və zəngin ol, digərlərini düşünmək lazım deyil” ön qəbulu ilə hərəkət edilir. Sülhpərvər olmayan rəqabət qəbul edilir. Digərlərinin ağrılarına, çətinliklərinə laqeyd münasibət göstərilir. Amma səmavi əxlaq təlimində həyat prinsipi mübarizə yerinə köməkləşmədir. “İnfak” anlayışı daxilində paylaşmaq əxlaqı öyrədilir. (İnfak, sevdiyin şeylərdən başqalarına da verməkdir.) İnsan özündən əvvəl qonşusunu, zəifi, yoxsulu düşünür.
Sekulyar əxlaqda sosial bağ olaraq irqçilik və yerlibazlıq təşviq edilir. Şovinizm üstün irqə və üstün insana rəğbət bəsləyir. Və bütün bunların nəticəsi mübarizə və müharibədir. Səmavi əxlaqda isə sosial bağ olaraq din bağı əsasdır. Mədəni dəyişikliyə daha uyğun olan bu xüsusiyyətlər dostluq duyğusunu artırır, düşmənçilik duyğusunu azaldır.
Sekulyar əxlaqda istifadə edilən vasitə egosentrik fərdiyyətçilikdir (egosentrik - xudbin, mən mərkəzli). Rəqabət və yarışma müqəddəsləşdirilir. Sülhpərvər və qarşılıqlı razılaşmaya əhəmiyyət verilmir. Ehtiyaclar sonsuz qəbul edilir. Amma səmavi əxlaqda istifadə edilən vasitə məhdud fərdiyyətçilikdir. İnsan azaddır, amma Allahın quludur. İnsanın vicdanında bir qadağan edici olmalıdır. Empatik əlaqə gərəklidir, insan sadəcə özü üçün yaşamır. Ailənin və cəmiyyətin üzvüdür.