Tarix : 2008 Oct 10
Kod 7915

Azərbaycanda 5359 məntəqə seçki komissiyası yaradılıb

Oktyabrın 15-də keçiriləcək prezident seçkisi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 5359 məntəqə seçki komissiyası yaradıb
Azərbaycan servisi/Aran Agentliyi
Oktyabrın 15-də keçiriləcək prezident seçkisi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 5359 məntəqə seçki komissiyası yaradıb. Müstəqil Mətbuat Mərkəzindən verilən məlumata görə, bunlardan 5148-i daimi fəaliyyət göstərir, 33-ü Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.
Qalanları isə səsvermə gününə 5 gün qalmış yaradılmış məntəqələrdir. Bu məntəqələr Azərbaycanın Xəzər dənizində və dünya sularında üzən gəmilərində, sanator-müalicə müəssisələrində və digər təşkilatlarda fəaliyyət göstərəcəklər.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 10