İİR, Rusiya və Azərbaycan Respublikası Rəşt-Astara sürətli dəmiryolunun inşası üzrə müştərək investisiya şirkətinin yaradılması üçün razılıq əldə ediblər
Azərbaycan servisi/Aran Agentliyi
İİR, Rusiya və Azərbaycan Respublikası Rəşt-Astara sürətli dəmiryolunun inşası üzrə müştərək investisiya şirkətinin yaradılması üçün razılıq əldə ediblər. Qeyd edilən razılaşma dünən gecə Bakıda 3 ölkənin dəmiryolu idarələri müavinlərinin ikinci müştərək iclasının sonunda əldə edilib.
İİR-nin dəmiryolu baş idarəsinin sədr müavini Keyməneş bir çıxışda Qəzvin-Rəşt-Astara dəmiryolu reyslərinin inşasının tezləşdirilməsi, şimal-cənub mühüm iqtisadi koridorunun formalaşması prosesini sürətləndirib. Avropaya əmtəənin güvənli və sərfəli nəqli üçün yeni istiqamət yaradılmasına işarə edərək, əlavə edib: Qəzvin-Rəşt dəmiryolu hazırda İİR-nin birbaşa investisiya qoyulması ilə inşa edilməkdədir və ümid edirik ki, İran, Rusiya və Azərbaycan Respublikası arasında müştərək investisiya şirkətinin yaradılması ilə Rəşt-Astara dəmiryolu layihəsi tez bir zamanda planlaşdırılaraq, icra edilsin.
Keyməneşin dediyinə görə, qeyd edilən şirkətin təsisinin detalları və tərzi və ölkələrin onda iştirak miqdarının İran, Rusiya və Azərbaycan Respublikası rəsmilərinin sonrakı iclaslarında araşdırılması qərara alınıb.