Tarix : 2008 Oct 10
Kod 7929

QAÇIRILAN İRAN GƏMİSİ SƏRBƏST BURAXILIB

Aden Körfəzinin beynəlxalq sularında 21 Avqustda qaçırılan İran bayraqlı yük gəmisi, bu səhər sərbəst buraxılıb
İİR servisi/Aran Agentliyi
Fars Xəbər Agentliyinin bildirdiyinə görə, Somalili piratlar tərəfindən qaçırılan İran gəmisinin bu səhər saatlarında sərbəst buraxıldığı bildirilib.

İslam-Azerinin istinadlı xəbərinə görə, Aden Körfəzinin beynəlxalq sularında 21 Avqustda qaçırılan İran bayraqlı yük gəmisi, bu səhər sərbəst buraxılıb.
İran Gəmiçilik İşlətmələrinin Somalili piratlarla 6 həftə davam edən müzakirə və bazarlıq nəticəsində yollanılan gəminin 29 şəxsiyyət ekipaj üzvündən sağlamlıq vəziyyətinin yaxşı olduğu ifadə olunub.

Çindən Hollandiyaya 40 min ton dəmir filizi daşıyan gəminin, beynəlxalq sulara doğru hərəkət etdiyi qeyd edildi.
İran Gəmiçilik İşlətmələri rəsmiləri və digər səlahiyyətlilər, əldə edilən müvəffəqiyyətdən ötəri sevinclərini dilə gətirərkən, ekipaj üzvlərinin ailə və yaxınlarına müjdəli xəbəri verməkdən xoşbəxtlik hiss etdiklərini söylədilər.
  • Yazılıb
  • da (də) 2008 Oct 10