Tarix : 2008 Oct 11
Kod 7945

Əbu Bəkr in imamı prezidentə məktub göndərib

“Əbu Bəkr” məscidində baş verən terror hadisəsi daha genişmiqyaslı ola bilərdi
Azərbaycan servisi/Aran Agentliyi
   “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə təşəkkür məktubu göndərib.
    Bu barədə APA-ya açıqlamasında Qamət Süleymanov bildirib. O, “Əbu Bəkr” məscidi adından göndərilən məktubda ölkədə sabitliyin qorunmasında görülən işlərin yüksək qiymətləndirildiyini qeyd edib: “Ölkədə sabitlik yüksək səviyyədə təmin olunmasaydı, “Əbu Bəkr” məscidində baş verən terror hadisəsi daha genişmiqyaslı ola bilərdi. Biz bütün bunlara görə dövlət başçısına təşəkkür edirik”.
    Təşəkkür məktubunun nüsxələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanıb.
  • Yazılıb
  • da (də) 2008 Oct 11