Çıxışçılar Azərbaycan prezident seçkilərinin nəticələrini tanımayacaqlarını bəyan ediblər və ayrı-ayrılıqda İlham Əliyevin beş illik fəaliyyətini tənqid ediblər. Sonda xalqa müraciət qəbul edilib
Azərbaycan servisi/Aran Agentliyi
Dün'n Müxalifətin Əməkdaşlıq Mərkəzinin mitinqə çevirilən forumu yarım saat çəkib.Müsavat Partiyasının qərargahınlda keçirilməsi planlaşdırılan forum təşkilatçıların təşəbbüsü ilə küçədə keçirilib. ANS PRESS-in məlumatına görə, Müsavat başqanı İsa Qəmbər konfrans iştirakçılarına bildirib ki, konfrans zalı çox kiçik olduğuna görə və insanlar çağırılmadığı halda gəldiklərindən, qərara alınıb ki, tədbir küçədə keçirilsin. Təşkilat Komitəsinin verdiyi məlumata görə, tədbirdə 1200 nəfər iştirak edib. Forumu ABŞ-ın, Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin, ATƏT-in İnsan Haqqları Departamentinin nümayəndələri də izləyib.
Çıxışçılar Azərbaycan prezident seçkilərinin nəticələrini tanımayacaqlarını bəyan ediblər və ayrı-ayrılıqda İlham Əliyevin beş illik fəaliyyətini tənqid ediblər. Sonda xalqa müraciət qəbul edilib.